XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2016 - 06:42

Zaxarova:“Vaşinqtonun Suriya ilə bağlı aydın mövqeyi yoxdur”

zaxarova

ABŞ hökuməti Rusiya ilə əldə olunmuş razılaşmaları icra edə bilməyib, çünki Vaşinqtonun Suriyaya dair aydın, dürüst mövqeyi yoxdur.

Bunu “RT” telekanalına müsahibəsində Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.   

Onun sözlərinə görə, Ağ Ev təhdid xarakterli bəyanatlar səsləndirməməli, danışıqların pozulmasında təqsirli olduğunu etiraf etməlidir.  

Zaxarova qeyd edib ki, Vaşinqton Moskvaya öz nöqteyi-nəzərini zorla qəbul etdirməyə və Rusiyanı ABŞ üçün sərfəli istiqamətdə irəliləməyə vadar etməyə çalışır: “Vaşinqton Moskvanın mövqeyini nəzərə almaqdan imtina edir”.    (APA)