XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2016 - 11:47

Kubada 1,3 milyon insan təxliyyə edilib- Qasırgaya görə

Bir neçə saat əvvəl Haiti və Dominikan Respublikasından keçən “Metyu” qasırğası artıq Kubanın şərqində də daşqınlar və dağıntılar törədib. Qasırğa son dərəcə təhlükəli kimi qiymətləndirilir. Leysanla müşayiət olunan qasırğanın mərkəzində küləyin sürəti saatda 220 kilometrə çatıb.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, qasırğa səbəbindən Kubada 1 milyon 300 min insan təxliyyə edilib.

ABŞ Qasırğaların Monitorinqi Mərkəzinin məlumatına əsasən qasırğa Baham adalarına doğru irəliləyir.

“Metyu” son 10 ildə Karib hövzəsində baş verən ən şiddətli qasırğadır.