Siciliya boğazı zonasında Aralıq dənizi vasitəsilə Avropaya keçməyə cəhd göstərərkən həlak olmuş 28 miqrantın cəsədi tapılıb. Bu barədə məlumatı İtaliyanın sahil mühafizəsi xidməti yayıb.
Ümumilikdə oktyabrın 4-də Roma sahil mühafizəsi operativ mərkəzinin koordinasiyası ilə aparılan 33 axtarış-xilasetmə əməliyyatının gedişində 27 rezin qayıqda və 6 kiçik gəmidə olan 4655 qeyri-leqal mühacir xilas edilib. Əməliyyatlarda İtaliya və İrlandiya hərbi dəniz qüvvələrinin, ЕС Frontex agentliyinin, habelə bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının gəmiləri iştirak edib. Bir gün əvvəl Siciliya boğazı zonasında daha 6 min mühacir xilas olunmuşdu.
Beynəlxalq Miqrasiya Təşkilatı oktyabrın 4-də yaydığı məlumatda bu il dəniz yolu ilə Avropaya keçməyə cəhd edən 3 min 502 nəfərin həlak olduğunu və ya itkin düşdüyünü bildirib.
Xatırladaq ki, ən böyük miqrant faciələrindən biri sentyabrın 21-də Aralıq dənizinin Misir sahilləri yaxınlığında yaşanıb. Qeyri-leqal mühacirləri daşıyan qayığın batması nəticəsində 200-dən çox insan həlak olub(azərtac).