Rusiyalı tennisçi Mariya Şarapovanın cəza müddəti 15 ayadək azaldılıb.
Azərtac xəbər verir ki, bu barədə İdman Arbitraj Məhkəməsi (CAS) qərar çıxarıb.
İyirmi doqquz yaşlı idmançı 26 aprel 2017-ci ildən tennisə qayıda bilər. Qeyd edək ki, dopinq testdən nəticəsi müsbət çıxan M.Şarapova 2 illik tennisdən uzaqlaşdırılmışdı.