XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 March 2015 - 07:58

Vaxtanq Kikabidze Ukraynadan siyasi sığınacaq istəmək niyyətində deyil

“Gürcüstanı dünyanın heç bir ölkəsinə dəyişmərəm”

Картинки по запросу vaxtanq kikabidze

Məşhur gürcü aktyoru və müğənnisiVaxtanq Kikabidze, bu gün Ukrayna və Rusiya KİV-nin yazdığı kimi, Ukraynadan siyasi sığınacaq istəmək niyyətində deyil.

Strateq.az Gürcüstan KİV-ə isnadən bildirir ki, Vaxtanq Kikabidze Gürcstanı dünyanın heç bir ölkəsinə dəyişməyəcəyini vurğulayıb.

O, Kiyevdə mətbuat konfransında demişdi: “Sizdə hər şey yaxşı olacaq, mən buna olduqca ümidvaram. Mən Ukraynanı o qədər sevirəm ki, burada yaşamağa hazıram”. Lakin müğənninin sözlərinə görə, bu ifadələri Ukraynadan siyasi sığınacaq istəmək kimi deyil, gözəl Ukraynanın ünvanına kompliment kimi dəyərləndirmək lazımdır.

Vaxtanq Kikabidze sonda deyib ki, Ukrayana ordusuna yardım üçün Gürcüstanda xeyriyyə konsertinin təşkil edilməsi üzərinə çalışır.