XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2016 - 14:06

Napaleonun İngiltərəyəhücum planının sxemi tapılıb

İspaniyanın Barselona şəhəri yaxınlığındakı Mataro qəsəbəsinin arxivindən XVIII əsrə aid sxemlər tapılıb. Arxivin direktoru Aleksis Serrano əmindir ki, bu, Fransa imperatoru Napaleonun İngiltərəyə hücumu üçün nəzərdə tutulmuş planın sxemidir.

A.Serrano müəyyən edib ki, bu sxemləri “Matarolu” ticarət gəmisinin kapitanı Xosep Fornels Napaleon üçün hazırlayıb. Sxemdə üzərində 100 minlik qoşunu və ona uyğun ləvazımatı daşıya biləcək üzən qurğu təsvir olunub. Onun vasitəsilə Napaleon qoşunları La-Manş boğazını keçərək İngiltərəyə hücum etməli idilər. Aleksis Serrani bu planın niyə baş tutmaması haqqında heç nə deməyib.