XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2016 - 14:30

Kimya sahəsində Nobel mükafatı laureatlarınınadları açıqlandı

İsveç Kral Elmlər Akademiyası yanında Nobel Komitəsi 2016-cı il üçün kimya sahəsində Nobel mükafatının molekulyar maşınların dizaynı və sintezi işində kəşflərinə görə üç alimə – fransalı Jan-Pier Savaja, şotlandiyalı J.Fraser Stoddarta və hollandiyalı Bernard L.Ferinqaya verildiyini elan edib.

Mükafatın təqdim edilməsi mərasimi hər il dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında keçirilir. Fizika, kimya, fiziologiya və təbabət, ədəbiyyat və iqtisadiyyat sahələrində mükafatlar Stokholmda İsveç Kralı tərəfindən, sülhün qorunması sahəsində mükafat isə Osloda, Şəhər Ratuşasında Norveç Kralının və Kral ailəsi üzvlərinin iştirakı ilə Norveç Nobel Komitəsinin sədri tərəfindən təqdim edilir(azərtac).