XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

05 Oktyabr 2016 - 15:17

ABŞ zabiti:"Türkiyə ordusunun İraqda olması qeyri-qanunidir"

"İraq ərazisində olan Türkiyə hərbçiləri İraq hökumətinə İŞİD ilə mübarizədə dəstək verən beynəlxalq koalisiya qüvvələrinə daxil deyil".

Trend-in məlumatına görə, bunu İraqdakı beynəlxalq koalisiya qüvvələrinin mətbuat katibi polkovnik Con Dorrian deyib.

O qeyd edib ki, İraq ərazisində olan Türkiyə ordusu rəsmi icazə ilə gəlməyib və qeyri-qanunidir:

"Məlum olduğu kimi, bəzi ölkələr İraq hökumətinin icazəsi ilə beynəlxalq koalisiya qüvvələrinin tərkibində əməliyyat aparırlar. Bu qüvvələr İŞİD ilə mübarizədə İraq ordusuna havadan və qurudan dəstək verirlər".