Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyye Ərdoğanın mühafizəsinin təşkil edildiyi avtomobildəki silahları oğurlayan şəxslər tutulub.
Trend "Habertürk"ə istinadən məlumat verir ki, İstanbul polisi 3 günlük əməliyyat zamanı 10 iyulda silahları oğurlayan 5 nəfəri həbs edib.
İddiaya görə silahların iyulun 15-də dövlət çevrilişinə cəhd zamanı sui-qəsd təşkilində istifadə edilməsi planlaşdırılırdı.