XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2016 - 17:13

“Taliban” bu şəhərə nəzarətiələ keçirdi

Əfqanıstanın şimalinda yerləşən Qunduz şəhəri, demək olar bütünlüklə “Taliban” hərəkatının nəzarətindədir. Bu barədə çərşənbə günü Tolo telekanalı məlumat yayıb.

Azərtac RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, telekanalın Twitterdə dərc olunmuş xəbərində qubernatorluq, milli təhlükəsizlik direktorluğu və bir neçə digər dövlət obyekti istisna olmaqla, şəhərə “Taliban”nın nəzarət etdiyi bildirilir.

Digər məlumatlara görə, hazırda hökumət qoşunları ilə “Taliban” döyüşçüləri arasında toqquşmalar davam edir. Qruplaşmanın Qunduz şəhərinə hücumu oktyabrın 3-nə keçən gecə başlayıb.

2015-ci ildə “Taliban” Qunduzu ələ keçirməyə müvəffəq olsa da, iki gündən sonra şəhəri tərk etməyə məcbur olmuşdu. BMT-nin məlumatına əsasən, o vaxt şəhər uğrunda döyüşlərdə təxminən 300 nəfər həyatını itirmişdi.