Prezident Fransua Olland ölkənin sabiq prezidentlərınin saxlanılmasına dövlət büdcəsindən çəkilən xərcləri ixtisar etmək qərarına gəlib. Onun müvafiq fərmanı rəsmi mətbuat orqanı Journal Officiel-də dərc olunub.
Fransanın hər bir sabiq prezidentinə xidməti mənzil, əməkhaqqı dövlət xəzinəsindən ödənilən yeddi nəfərlik ştat, avtomobil və onun saxlanmasına ildə 65 min avro verilir.
Fərmana əsasən, dövlət başçısı vəzifədən getdikdən beş il sonra xidmət personalının sayı beş nəfərədək ixtisar ediləcək. Fərman yalnız Ollanda deyil, Fransanın gələcək prezidentlərınə, həmçinin sağ olan sabiq dövlət başçılarına da şamil ediləcək. Onlar üçün beş illik müddət sənədin mətninin dərc olunduğu vaxtdan başlayır.
Jurnalist təhqiqatları ilə tanınan Mediapart portalının Hesablama Palatasının məruzəsinə istinadla verdiyi məlumata görə, sabiq prezidentlərın saxlanılması Fransa büdcəsinə ildə 10,3 milyon avroya başa gəlir. (azərtac).