XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 October 2016 - 19:37

Niderland vergiislahatlarına başlayır

Niderland hökumətinin həyata keçirməyə planlaşdırdığı vergi islahatı ölkədə qüvvədə olan vergi rejimini sadələşdirməyi və vergi inzibatçılığını təkmilləşdirməyi nəzərdə tutur.

Vergiler.az xəbər verir ki, Maliyyə Nazirliyinin elan etdiyi yeni vergi islahatına əsasən, kiçik və orta biznes, eləcə də vətəndaşların əksəriyyəti üçün vergilər azaldılacaq, bir sıra vergi prosedurları isə sadələşdiriləcək.

Bununla yanaşı, 2018-ci ilin yanvarından dividendlərdən vergi tutulması qaydaları da dəyişdiriləcək. Bir qədər mülayimləşmə olsa da, hökumət vergidən yayınmaya qarşı sərt mübarizə siyasətini davam etdirəcək.

Plana əsasən, korporativ vergini ən aşağı dərəcə ilə – 20 faizlə ödəyəcək şirkətlərin sayı artacaq. Bu vergi dərəcəsi hazırda illik 200 min avro məbləğində gəlirə tətbiq edilir. Bundan artıq gəlirlərə isə 25 faizlik dərəcə tətbiq olunur.