XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Oktyabr 2016 - 20:20

Türkiyədə ədliyyə sistemindən xaric edilmişhakim və prokurorların sayı 3 456-ya çatıb

Türkiyədə daha 66 hakim və prokuror ədliyyə sistemindən xaric edilib. 

"Report" NTV telekanalına istinadən xəbər verir ki, Hakim və Prokurorlar Ali Şurası (HSYK) bununla bağlı qərar qəbul edib. 

Onlar Fətulahçı Terror Təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində sərəncama göndərilmişdilər. 

Qeyd edək ki, HSYK bu il avqustun 24-də 2 847, sentyabrın 2-də isə 543 hakim və prokuroru öz peşəsindən kənarlaşdırıb. Bu qərardan sonra onların sayı 3 456 nəfərə çatıb.