XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2016 - 11:08

“Adsız İttifaq”:Rusiya ilə Türkiyə yeni birlik yaradır?

putin-erdogan-88.jpg

Pravda qəzetinin internet saytı Rusiyayla Türkiyənin dostluq münasibətlərini təzələməsindən, yeni ittifaqın yarana biləcəyindən yazır.

Müəllif Harun Yahya qeyd edir ki, Türkiyəylə Rusiyanın münasibətləri normallaşmağa başlayandan, bir də Türkiyədə çevriliş cəhdindən sonra Ankarayla Moskva aralarındakı ittifaqı möhkəmlətməyə çalışırlar. Hər iki ölkə regional məsələləri nəzərə alaraq, xüsusilə Qara dəniz və Suriya ilə bağlı ümumi strategiya yeritməyə başlayıb.

Müəllifin fikrincə, bu ittifaq bərkiyərsə, Azərbaycan, İran, hətta Pakistan da ona qoşula bilər. Beləliklə, regionun problemlərini yalnız region ölkələrinin həll edə biləcəyi fikrini irəli sürən birlik yaranar və bu birliyin regiona sülh gətirmək potensialı daha böyük olar.

Harun Yahya İranın bu istiqamətdə addımını artıq atdığını, Həmədandakı hava bazasını Rusiya təyyarələrinin ixtiyarına verdiyini qeyd edir. Müəllif Türkiyəylə Rusiya arasında yaxınlaşmanın birinci hal olmadığını, XIX əsrin əvvəllərindən bəri bu iki ölkənin dəfələrlə ittifaq qurmağa çalışdığını, Qərbin təzyiqləri və xəbərdarlıqlarından sonra pozuluşduqlarını yada salır. Müharibələrə baxmayaraq, Türkiyənin müstəqillik uğrunda mübarizəsi dövrü, eləcə də respublikanın ilk illərində Rusiyadan dəstək aldığını, amma hər dəfə Rusiyaya yaxınlaşandan sonra Türkiyədə bir çaxnaşma, hətta dövlət çevrilişi cəhdinin baş verdiyini bildirir.

Müəllif yazır ki, prezidentlər Ərdoğan və Putinin rəhbərliyi altında Türkiyəylə Rusiya arasında adsız ittifaq istiqamətində iş artıq başlayıb, bu ölkələr siyasi, iqtisadi, ticarət sahəsində birgə işlər görür, nəhəng layihələr həyata keçirirlər.

Yazıdan belə çıxır ki, hətta 2015-ci ildə türk əsgərlərinin rus təyyarəsini vurması, ondan sonra səslənən qarşılıqlı ittihamlar və sərt çıxışlar da bu əməkdaşlığa bir elə xələl gətirməyib. Və bu gün Rusiya ilə Türkiyə bütün daxili və xarici maneələrə rəğmən, əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur.

Oktyabrın 10-da Rusiya prezidenti Vladimir Putin Türkiyəyə gedəcək. Onun beynəlxalq forumda iştirakı və prezident Ərdoğanla görüşü nəzərdə tutulub.