XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2016 - 11:23

Donald Tramp daha Putin barədə danışmır:“Mən onu sevmirəm”

tramp-putin

 ABŞ prezidentliyinə namizəd, respublikaçı Donald Tramp Vladimir Putin haqqında fərqli danışmağa başlayıb.

Son çıxışında o, Putinlə əməkdaşlığı genişləndirmək məsələsinin hələ sual altında olduğunu bildirib: «Mən Putini sevmirəm, nifrət də etmirəm. İşin gedişinə baxacağıq… Münasibətlərimiz bəlkə yaxşı olacaq, bəlkə də pis olacaq…».

Bir gün əvvəl respublikaçıların vitse-prezidentliyə namizədi Mayk Pens rəqibi ilə debatda Putini «balaca və dalaşqan lider» adlandırmışdı.

Tramp əvvəlki çıxışlarında Rusiya prezidenti Vladimir Putini güclü lider kimi tərifləyir, prezident seçilsə, onunla əlaqələri yaxşılaşdıracağını deyirdi. Demokratların namizədi Hillari Klinton buna görə Trampı dəfələrlə tənqid edib, ondakı mühakimə qabiliyyətinin prezidentliyə yaramadığını, Trampın «diktatorlara qorxulu rəğbəti» olduğunu deyib.

Kremlin sözçüsü Dimitri Peskov Amerikada seçki kampaniyası zamanı Rusiya və Rusiya liderinin adının tez-tez hallanmasından təəssüfləndiklərini deyib.

ABŞ-da prezident seçkisi noyabrın 8-də olacaq.