XƏBƏR LENTİ

28 Sentyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2016 - 17:43

Suriyada ABŞ-Rusiya müharibəsi başlaya bilərmi? –Açıqlama

usa

Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya 1” telekanalına müsahibə verib.

Rusiya-ABŞ münasibətlərinin Suriyada hərbi münaqişə həddinə gəlib çıxması ehtimalı barədə sualı cavablandırıb.

“Bu sualın bir çox tərəfi var. Amma buna cavab olaraq deyə bilərəm ki, amerikalılarla aramızda münaqişə hallarının qarşısını ala biləcək bir müqavilə var” – deyə cavab verib.

Xatırladaq k, Rusiya və ABŞ keçən il təyyarələrin toqquşmasının qarşısını almaq üçün müqavilə imzalamışdılar. İki ölkə arasında müzakirələrin dayandırılmasından sonra mətbuatda ABŞ və Rusiya arasında hərbi münaqişə baş verə biləcəyinə dair şərhlər getmişdi.  (Avropa.info)