XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2016 - 19:55

Möhsün Bəhrami:"Rəsmi Tehran ABŞ-la kosmos sahəsində əməkdaşlıq etməkdə maraqlıdır"

nasa

"Rəsmi Tehran ABŞ-la kosmos sahəsində əməkdaşlıq etməkdə maraqlıdır".

Bunu İslam Respublikasının Kosmik Agentliyinin başçısı Möhsün Bəhrami bildirib.

O deyib ki, buna cəhd edən yalnız İran deyil: "Orbitdə dövlət və irq yoxdur. ABŞ-la bu sahədə əməkdaşlıq etmək üçün əvvəlcə birinci şəxsin razılığı olmalıdır. İran Rusiya, Avropa İttifaqı,Yaponiya və Çinin kosmik agentlikləri ilə danışıqlar aparır".

Xatırladaq ki, atom-nüvə proqramı ilə bağlı İrana tətəbiq edilən sanksiyalar aradan qaldırıldıqdan sonra ilk dəfədir Tehran rəsmisi belə bəyantla çıxış edir.  (Report)