XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

18 Mart 2015 - 09:33

Bjezinski ABŞ və Rusiyanı güzəştlərə çağırdı

“ABŞ Rusiyaya qarant verməlidir ki, Kiyev NATO-ya qoşulmayacaq”

Картинки по запросу Бжезинский

Məşhur sovetoloq və analitik Bjezinski The Times-la söhbətində qeyd edib ki, Ukrayna böhranı həm ABŞ, həm də Ruisiya üçün məqbul güzəştlərlə həll edilməlidir.

Strateq.az Rusiya mətbuatına əsasən xəbər verir ki, politoloq deyib: “Bizim və Rusiyanın maraqlarının uyğun gələcəyi hansısa bir həll tapmağımız lazımdır. ABŞ Rusiyaya qarant verməlidir ki, Kiyev NATO-ya qoşulmayacaq. Eyni zamanda Qərb Ukraynaya yardım etməlidir ki, Avropa Birliyinin demokartik üzvü olsun”.

Bjezinski həm də Kiyevə letal silahlar verilməsi imkanlarına da toxunub: “Biz Putini alçaltmağa çalışmadan ona deməliyik ki, əgər hərbi əməliyyatlara başlasa, onda ukraynalılara silah verməkdən başqa nə siyasi, nə də digər seçimimiz qalır”.

Onun fikrincə, ABŞ prezidenti Obama təkcə Rusiyanı sanksiya və ittihamlarla hədələməməli, həm də Ukrayna böhranının həlli üçün əhatəli konsepsiya təqdim etməlidir.