XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2016 - 20:11

Əlcəzair:"OPEC neft hasilatını gündəlik 0,7 milyon barreldən çox azalda bilər"

oil

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr Vyana sammitdə neft hasilatını nəzərdə tutulan gündəlik 0,7 milyon barreldən daha çox azalda bilər.

Bu barədə Əlcəzairin enerji naziri Nurəddin Buterfe məlumat verib. O deyib: “OPEC Vyana yığıncağında bazarı qiymətləndirəcək. Əgər hasilatın nəzərdə tutulan 0,7 milyon barrel azaldılması kifayət etməsə, bu həcmi artıracağıq”.

Qeyd edək ki, sentyabrın 28-də Əlcəzairdə OPEC-ə üzv olan ölkələrin nümayəndələrinin qeyri-rəsmi görüşündə gündəlik hasilatın 32,5 milyon barrel səviyyəsinədək saxlanılmasına dair razılıq əldə olunub. Görüşdə neft hasilatının 6 aydan 1 ilədək “dondurulması” müzakirə edilib. Yekun qərar isə OPEC-in noyabrın 30-da Vyanada keçiriləcək rəsmi toplantısında qəbul olunacaq.  (Azərtac)