XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2016 - 05:32

Əsəd:"ABŞ-dan hər şey gözləmək mümkündür"

%c9%99s%c9%99d

 "Rəsmi VaşinqtonınSuriya daxilində Rusiya ilə bilavasitə toqquşmaya yol verməmək üçün effektiv addımlar atacağına bir o qədər də inanmıram". Bu fikirləri Suriya prezidenti Bəşər Əsəd səsləndirib.

O, eyni zamanda Rusiyanın ABŞ-la münasibətlərinin toqquşma həddinə çatmaması üçün müəyyən addımlar atdığına inandığını da bildirib. Bəşər Əsəd həmçinin hazırda Suriya daxilindəki vəziyyətin idarəolunmaz məcrada inkişaf etdiyini və Karib böhranını istisna olmaqla, İkinci Dünya müharibəsindən sonra böyük dövlətlər arasında hər hansı gərginliyin yaşanmadığını vurğulayıb.

"Hazırda isə vəziyyət bir qədər fərqlidir. ABŞ-ı artıq güclü dövlət rəhbərləri idarə etmir. Güclü liderin olmadığı halda isə onlardan hər şey gözləmək mümkündür. Daha doğrusu, hər zaman ancaq xoşagəlməz hadisələr gözləmək lazımdır", – deyə Bəşər Əsəd bildirib. (APA)