XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2016 - 05:43

ABŞ hərbi aviasiyasından terrorçulara zərbə:"Cəbhət Fəth əş-Şam"ın rəhbərlərindən biri məhv edilib

j

 ABŞ-ın Hərbi Hava Qüvvələri və beynəlxalq antiterror koalisiyasının üzvləri "Cəbhət Fəth əş-Şam" (keçmiş Cəbhət ən-Nüsrə) terror qruplaşmasının rəhbərlərindən birini məhv edib.

Bu barədə Pentaqonun mətbuat katibi Piter Kuk jurnalistlər üçün keçirdiyi brifinqdə məlumat verib.

"Biz Misir vətəndaşı, "Cəbhət Fəth əş-Şam"ın rəhbərlərindən biri Əbu əl-Fərəc əl Məsrinin ABŞ Hərbi Hava Qüvvələrinin aviasiya zərbələri nəticəsində zərərsizləşdirildiyini təsdiqləyə bilərik" – deyə o bildirib.

Kukun sözlərinə görə, terror qruplaşmasının rəhbərlərindən birinin məhvi "Cəbhət Fəth əş-Şam"a növbəti zərbələrdəndir.

Əl-Məsri "Əl Qaidə" terror təşkilatının Misirdəki rəhbərlərindən idi. O, daha sonralar Suriyaya gələrək, "Cəbhət Fəth əş-Şam"a dəstək vermək məqsədilə hərbi əməliyyatlara iştirak edib.  (Report)