XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 October 2016 - 12:36

Filippinin qalmaqallı prezidentininreytinqi artıb

Filippində aparılan sorğuların nəticələri göstərir ki, Prezident Rodriqo Dutertenin reytinqi 70 faizdən yuxarı təşkil edir.

Yaponiyanın NHK televiziya kanalının bu barədə yaydığı məlumatda bildirilir ki, bu cür dəstək Filippinin dövlət başçısının sərt siyasəti davam etdirməsinə təkan verəcək.

Oktyabrın 6-da Filippinin araşdırma mərkəzlərindən biri apardığı sorğunun nəticələrini açıqlayıb. Rəyi soruşulanların 76 faizi bildirib ki, onlar R.Dutertenin fəaliyyətindən razıdırlar. Respondentlərin 11 faizi isə bunun əksini bildiriblər.

Sorğu Filippin Prezidentinin narkobiznesə qarşı apardığı qanlı mübarizənin beynəlxalq tənqidi fonunda aparılıb.

Cari ilin iyununda R.Duterte hakimiyyətə gəldikdən sonra ölkədə 1400-dən çox narkodiler və narkoman məhv edilib.

BMT, digər beynəlxalq təşkilatlar və ABŞ Filippin Prezidentini insan hüquqlarına hörmətlə yanaşmağa çağırıblar.