XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2016 - 12:38

Baykal gölü ekoloji fəlakəttəhlükəsi qarşısında

Dünyanın aparıcı limnoloqları (limnologiya göllərin və digər su hövzələrinin fiziki, kimyəvi və bioloji aspektləri haqqında elmdir) Rusiyanın İrkutsk Dövlət Universitetinin (İDU) Biologiya İnstitutunun tədqiqatçıları ilə birlikdə Baykal gölündə ekoloji böhranın sürətlənməsindən narahatdırlar.

Azərtac “lenta.ru” saytına istinadla xəbər verir ki, müvafiq məlumat “Nature” jurnalında dərc olunub.

İqlim dəyişmələri və Baykal gölünün sahil sularının çirklənməsi bu unikal gölün bütün ekoloji sisteminə güclü təsir göstərir. Baykalın ayrı-ayrı rayonlarında sapşəkilli “Spyrogira” yosunlarının, zəhərli sianobakteriyaların intensiv inkişafı, endemik Baykal süngərlərinin nadir növlərinin kütləvi xəstələnməsi müşahidə olunur. Baykalın ekoloji monitorinqi ilə bağlı elmi proqramların bağlanmaq həddinə çatması vəziyyəti daha da ağırlaşdırır.

İDU-nun Biologiya İnstitutu Baykalın ekoloji monitorinqi üzrə nadir layihəni 1945-ci ilin fevralından həyata keçirir. Göldə məskunlaşan planktonun vəziyyəti hər həftə öyrənilir. Alimlərin fikrincə, gölün bütün ekoloji sisteminin vəziyyətinin göstəricisi məhz plankton qruplarının vəziyyəti haqqında məlumatlardir. Rekord müddət – 70 il sürən müşahidələr sayəsində ekoloji sistem dəyişmələrinin çoxillik trendlərini üzə çıxarmaq, habelə son illər gölün əsas qruplarının sürətlə yenidən qurulduğunu müəyyən etmək mümkün olub.

Tədqiqatçılar əmindirlər ki, məhz Baykalın ekoloji sisteminin uzun müddət daim müşahidə altında olması onun qorunub saxlanmasında həlledici rol oynayır.