XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2016 - 12:48

Bu ölkədə “bank tribunalı”təsis ediləcək

Avstraliyanın federal hökuməti vətəndaşların bank xidmətlərindən narazılığını araşdırmaq üçün “bank tribunalı” yaratmağı planlaşdırır. Bu barədə oktyabrın 7-də “5AA” radiostansiyasına müsahibəsində Baş nazir Malkolm Ternbull məlumat verib.

Baş nazir deyib: “Biz müştərilərin şikayətlərini araşdıracaq çox məsrəf tələb etməyən, operativ və səmərəli fəaliyyət göstərən tribunal yaradacağıq”. M.Ternbull əlavə edib ki, hazırda yeni təşkilatın hüquqi statusunu və vəzifələrini dəqiqləşdirmək üçün mütəxəssislərlə məsləhətləşmələr aparılır.

Başa çatmaqda olan həftə ərzində Avstraliya parlamentində ölkənin dörd aparıcı bankının- “Westpac”, “Avstraliya-Yeni Zelandiya Bankı” (ANZ), “Commonwealth Bank” və Avstraliya Milli Bankının (NAB) rəhbərlərinin iştirakı ilə dinləmələr keçirilib. Dinləmələr zamanı bankların əməkdaşları tərəfindən kreditlərin hesablanması, sığorta təminatı, cari xidmətlər zamanı çoxsaylı kobud səhvlərə yol verildiyi məlum olub.

Avstraliyanın aparıcı müxalif Leyboristlər Partiyası bank sektorunda yol verilən ciddi səhvlərin araşdırılması məqsədilə Kral komissiyasının təsis edilməsini təklif edib. Müxalifətin həmin təklifini rədd edən Baş nazir bunun üçün “bank tribunalının” yaradılmasının kifayət edəcəyini bildirib(azərtac).