XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2016 - 19:19

İMF:" Asiya ölkələrinə çevik valyuta məzənnəsi siyasəti lazımdır"

t

Beynəlxalq Valyuta Fondu (İMF) Asiya bölgəsi ölkələrini valyuta məzənnələrində çevik siyasət aparmağa çağırıb. 

İMF "Reuters" agentliyinə açıqlamasında adıçəkilən ölkələrə ancaq maliyyə sabitliklərinin pozulması halında valyuta intervensiyası həyata keçirməyi tövsiyə edib.

İMF həmçinin bildirib ki, ABŞ-da mümkün faiz artımının gözlənilməyən nəticələri Asiya ölkələrinə kapital axınını poza və nəticədə bu ölkələrdəki aktivlər ciddi dalğalanmalarla üzləşə bilər. İnkişaf etməkdə olan ölkələrin iqtisadi artımlarında proqnozlaşdırılan yavaşlama Asiyanın inkişaf etməkdə olan ölkələrinə mənfi xarici təsir göstərərək onların ixracını aşağı sala bilər.  (Report)