XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2016 - 19:26

Hərbi təyyarələrin Suriyada yerləşdirilməsini nəzərdə tutan saziş təsdiqlənib –Rusiya Dövlət Duması tərəfindən

rusiya

Rusiya Dövlət Duması ölkənin Hərbi Hava Qüvvələrinin Suriya ərazisində yerləşdirilməsinə dair Rusiya-Suriya hökumətlərarası sazişi təsdiqləyib.

Sənədin lehinə 446 deputat səs verib.

Ratifikasiya olunmuş qanun layihəsinə əlavədə göstərilir ki, Suriya tərəfinin istəyi ilə aviaqruplar Latakiya vilayətindəki Hmeymim aerodromunda yerləşdirilir:Suriya ərazisində olan Rusiya aviaqrupunun saxlanması regionda sülh və sabitliyi təmin etmək məqsədi daşıyır. Bu, hər hansı ölkəyə qarşı yönəldilməyib”.

Oktyabrın 12-də sənəd Federasiya Şurasında müzakirəyə çıxarılacaq.  (APA)