XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2016 - 21:52

Yəməndə tezliklə atəşkəs elan olunacaq –BMT hərəkətə keçdi

bmt

Yəməndə üsyançı husilər barışığa razılıq veriblər və BMT yaxın günlərdə ölkədə atəşkəsin başlandığını elan edəcək.

Bu barədə BMT-nin xüsusi elçisi İsmayıl Uld Şeyx Əhməd Omanın ONA agentliyinə açıqlamasında bildirib.

Yəməndə vətəndaş müharibəsi 2014-cü ildən davam edir və sülh danışıqları uğurla nəticələnməyib. Danışıqlar avqust ayında müqavilə imzalanmadan başa çatıb və həmin vaxtdan Yəməndə döyüşlər şiddətlənib.

Şeyx Əhməd ötən cümə axşamı Omanın paytaxtı Məsqətdə hüsilərin nümayəndə heyəti və onların sabiq prezident Əli Abdullah Salehin partiyasından olan müttəfiqləri ilə görüşüb.

"Görüşlər uzun və müsbət oldu. Onlar Yəməndə sonradan uzadılma mümkünlüyü ilə 72 saatlıq atəşkəsin elan olunmasına razılaşıblar", — deyə BMT-nin xüsusi elçisi bildirib.