ABŞ-la Rusiya Suriya üzrə danışıqları davam etdirməlidir.
Bu açıqlama ilə Almaniyanın Xarici İşlər naziri Frank-Valter Ştaynmayer çıxış edib.
O həmçinin qeyd edib ki, hazırda köhnə “soyuq müharibə”nin başladığını düşünmək yanlış olar.
Xatırladaq ki, oktyabr ayının 3-də ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi Suriya üzrə Rusiya Federasiyası ilə danışıqların dayandırıldığını elan etmişdi. (Axar.az)