Ankarada terror törətmək istəyən iki şəxs polisin “təslim ol” çağırışına baxmayaraq, özünü partladıb.
Ankara valisi Ərkan Topaca vətəndaşların xəbərdarlığından sonra hərəkətə keçdiklərini deyib.
“Dünən Diyarbəkirdən bir vətəndaşımız küçədə iki şübhəli şəxs gördüyünü bizə bildirdi. Dərhal əməliyyatlara başladıq və onları tapa bildik. Səhər saatlarında polislər terrorçuları təslim olmağa çağırsalar da, onlar özlərini partlatdılar. Əldə etdiyimiz məlumata görə, maşında təxminən 200 kiloqram ağırlığında partlayıcı maddə var idi. Beləcə daha bir dəhşətli terrorun qarşısını aldıq. Terrorçular nəzərdən yayınmaq üçün maşına Türkiyə bayrağı asmışdı”, – deyə vali bildirib. (Axar.az)