XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 October 2016 - 12:54

Almaniyada miqrasiya qanununu pozan280 min əcnəbi axtarışa verilib

Almaniyanın hüquq mühafizə orqanları yerli miqrasiya qanunvericiliyini pozmaqda şübhəli bilinən 280 minə yaxın əcnəbi barədə axtarış elan edib. Bu barədə HR Info radiostansiyasına Federal Cinayət Polisi İdarəsindəki mənbə məlumat verib.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, son iki ildə Almaniya Federativ Respublikasında barəsində axtarış elan olunmuş mühacirlərin sayı iki dəfə artıb. 2014-cü ildə qalmağa icazə verilmiş müddət başa çatdıqdan sonra ölkəni tərk etməyən 120 minədək xarici vətəndaş qeydə alınmışdı. Axtarışda olan şəxslərin sayının belə kəskin artması Almaniya tarixində ən böyük miqrant böhranı ilə izah edilir.

Hakimiyyət orqanlarının məlumatına görə, bu il AFR-ə əsasən Yaxın Şərq və Şimali Afrikadan olan 890 min qaçqın gəlib.