XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

08 Oktyabr 2016 - 13:59

2020-ci ilə mobil texnologiyalar üzrə qlobal xərclər1,7 trilyon dolları ötəcək

“IDC” analitik şirkətinin qiymətləndirməsinə əsasən, bu il mobil texnologiyalar üzrə qlobal xərclər 1,5 trilyon ABŞ dolları təşkil edəcək. 2020-ci ilə bu göstəricinin 1,7 trilyon dolları ötəcəyi gözlənilir.

Azərtac şirkətə istinadla xəbər verir ki, mütəxəssislər hər il mobil texnologiyalardan əldə olunan qlobal gəlirin təxminən 40 milyard dollar artacağını proqnozlaşdırır.

2020-ci ilə proqram təminatı bazarında xərclərin həcmi 15 faizdən artacaq. Mobil texnologiyalar üzrə xərclərin 50 faizdən çox hissəsinin istehlak xərclərinin təşkil etməsinə baxmayaraq, “IDC” mobil məhsul və həllərə böyük vəsait ayıran bir neçə sahənin adını çəkib. 2020-ci ilə bank sektorunda mobil texnologiyalara yatırılan investisiyaların həcminin isə 100 milyard dolları ötəcəyi nəzərdə tutulur.