XƏBƏR LENTİ

16 Yanvar 2021

Digər Xəbərlər

08 Oktyabr 2016 - 14:10

“Facebook”dan pulsuzinternet layihəsi

“Facebook” milyonlarla ABŞ vətəndaşını pulsuz internetlə təmin etmək üçün Ağ Evlə danışıqlar aparır.

İKT.lent.az-ın “The Washington Post”a istinadən verdiyi məlumata görə, “Facebook” istifadəçilərin pulsuz mobil əlavə ilə müəyyən saytlara daxil olmasını təmin edən “Free Basics” xidmətini ABŞ-da tətbiq etmək üçün çalışmalara başlayıb.

2014-cü ildə başlayan və Asiya, Afrika, Cənubi Amerikanın 36 ölkəsində tətbiq olunan proqramla internetə çıxışı olmayan bölgələri internetlə təmin etmək məqsədi güdülür. ABŞ hökuməti ilə müzakirə aparan “Facebook” digər tərəfdən də proqramın inteqrasiyası üçün kiçik, regional operatorlarla danışıqlar aparır. Xüsusən ABŞ-ın ucqarlarında interneti olmayan və ya zəif olan zonalar sürətli internetlə təmin ediləcək.