XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 October 2016 - 14:48

“Samsung”un əməliyyat gəlirləri7 milyard dolları ötüb

Koreya Respublikasının “Samsung” şirkəti bu ilin üçüncü rübündə əməliyyat gəlirlərinin 5,6 faiz – 7,8 trilyon von və ya 7 milyard dollar artdığını açıqlayıb.

Azərtac şirkətə istinadla xəbər verir ki, mütəxəssislər istehsalçının əməliyyat gəlirlərinin 7,4 trilyon von (6,66 milyard dollar) təşkil edəcəyini proqnozlaşdırırdı. Amma ötən rübdə şirkətin əməliyyat gəlirləri 8,14 trilyon vona (7,33 milyard dollara) çatıb.

“Samsung”un qiymətləndirməsinə görə, şirkətin üçüncü rübdəki ümumi gəlirləri 5,2 faiz və ya 49 trilyon vona (44 milyard dollara) qədər azalıb. İkinci rübdə bu rəqəm 50,94 trilyon vona (45,85 milyard dollara) bərabər olub.

Qeyd edilib ki, öz qiymətləndirmə hesabatında “Samsung” “Galaxy Note 7” smartfonunun geri çağırılmasının neçəyə başa gəldiyi məsələsinə toxunmayıb və bunun göstəricilərə təsiri barədə söz açmayıb. Yekun hesabat oktyabrın sonunda açıqlanacaq.