Almaniya polisi Xemnits şəhərində terror aktının qarşısını almaq üçün xüsusi əməliyyat keçirir.
"Report" TASS-a istinadən xəbər verir ki, şəhərin bir hissəsindən əhali təxliyə olunub.
Polis əhaliyə evlərindən çıxmamağa çağırıb. Şahidlərin məlumatına görə, əməliyyatın keçirildiyi rayonda partlayış baş verib.