XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 October 2016 - 16:37

Türk şirkəti 11,8 milyon dollaraneft tankeri alıb

Dünyanın ən böyük enerji gəmilərinə sahib olan Türkiyənin “Karadeniz Holding”i Yunanıstanın “LL Energy” şirkətinin mülkiyyətindəki “M/T Nassau Energy” adlı xam neft daşıyan tankeri 11 milyon 800 min dollara alıb.

Azərtac şirkətə istinadla xəbər verir ki, “M/T Nassau Energy” 1998-ci ildə Yaponiyanın “Koyo Dockyard” tərsanəsində inşa edilib. Tankerin 247 metr uzunluğu, 42 metr eni var və 107 min 181 DWT xam neft daşıya bilir. Tanker gələn ay “Karadeniz Holding”ə təhvil veriləcək.