XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

08 Oktyabr 2016 - 18:56

Adolf Hitlerin özünün yazdığıilk tərcümeyi-halı tapılıb

Şotlandiyalı tarixçi Tomas Veber iddia edir ki, 1923-cü ildə dərc olunan "Adolf Hitler: həyatı və çıxışları" kitabı diktatorun özü tərəfindən yazılıb.

"Report" "Frans Press"ə istinadən xəbər verir ki, Veberin CAR-da araşdırdığı bir sıra sənədlər böyük ehtimal ilə onu göstərir ki, kitab əvvəllər hesab olunduğu kimi hərbçi Baron Adolf Viktor fon Kerber tərəfindən deyil, məhz Hitlerin özü tərəfindən yazılıb.

Tərcümeyi-halda Hitlerin çıxışlar toplusu yer alıb ki, burada o özünü İsa Məsih (ə) ilə müqayisə edir və iddia edir ki, onun nitqləri "Yeni İncil" olmalıdır.

Veberin fikrincə, tərcümeyi-hal Hitlerin timsalında "Almaniyanın xilaskarı" obrazını yaratmaq üçün yazılıb.