Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb.
Bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Məlumata görə, insident ölkənin şimalında yerləşən Baqlan əyalətində qeydə alınıb. Əfqanıstan Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, qəza zamanı 8 hərbçi həlak olub.
Nazirliyin rəsmisi Davlat Vaziri bildirib ki, həlak olanlardan 5-i ekipaj üzvü, 3-ü isə əsgərdir. Onun sözlərinə görə, qəzaya səbəb vertolyotda yaranmış texniki nasazlıq olub. (Report)