XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Oktyabr 2016 - 11:52

Yəmən qan içində:ölənlərin sayı 213-ə çatdı

Yəmənin paytaxtı Səna şəhərində yas mərasiminə endirilən aviazərbələr nəticəsində ölənlərin sayı 213 nəfərə çatıb.

Bu barədə “Əl Mayədin” telekanalı məlumat yayıb.

Husilərə məxsus “El-Mesira” kanalının xəbərində hava hücumunun Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri tərəfindən həyata keçirildiyi iddia olunub.

Koalisiya qüvvələrindən isə hadisə ilə bağlı hər hansı bir açıqlama verilməyib.

Qeyd edək ki, hava zərbəsi üsyançı hökumətin daxili işlər nazirinin atasının ölümü ilə bağlı matəm mərasiminin keçirildiyi binaya endirilib. Hadisə nəticəsində xeyli sayda yaralının da olduğu bildirilir(azərtac).