XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 October 2016 - 12:20

Yunanıstanda aeroportlar4 gün işləməyəcək

Yunanıstanın hava dispetçerlərinin 9-10 və 12-13 oktyabrda planlaşdırdığı 4 günlük tətil ölkənin hava məkanını iflic edəcək. 24 saat keçiriləcək tətillər parlament tərəfindən qəbul edilmiş mülki aviasiya islahatına qarşı yönəlib.

Ölkə ərazisində bütün aeroportlar bağlı olacaq. Heç bir daxili və xarici uçuş həyata keçirilməyəcək.

Ölkədə turizm sahəsi tətil səbəbindən zərər görür. Tətil zamanı turistlərin yerləşdirilməsi və uçuşların dəyişdirilməsi turizm şirkətlərinin narazılığına səbəb olub(azərtac).