XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

09 Oktyabr 2016 - 14:04

Koalisiya qüvvələri inkar edir:"Səna şəhərində yas mərasiminə hava zərbəsi endirilməyib"

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəmənin paytaxtı Səna şəhərində husilərin iştirakı ilə keçirilən yas mərasiminə onlar tərəfindən hava zərbəsi endirilmədiyini bildirib.

Azərtac Anadolu agentliyinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Arabiyyə” televiziyasının koalisiya qüvvələrinə istinadla verdiyi xəbərə görə, hava zərbəsi husilər ilə Əli Abdullah Salihin partiyası olan Birləşmiş Xalq Konqresi tərəfindən Yüksək Siyasi Şuranın yaradılmasından sonra baş verən daxili çəkişmələrdən qaynaqlanır.

Qeyd edək ki, husilərə məxsus “El-Mesira” kanalının xəbərində hava hücumunun Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri tərəfindən həyata keçirildiyi iddia olunurdu(azərtac).