XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

09 Oktyabr 2016 - 14:16

Korrupsiyalaşmış hakimlərin evlərində axtarış aparıldı:1 milyon dollara yaxın pul aşkarlandı

Nigeriya hüquq-mühafizə orqanları antikorrupsiya tədbirləri çərçivəsində yüksək vəzifəli hakimlərin evlərində reyd keçirib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, hakimlərin evlərindən ümumilikdə 800 min dollar pul aşkarlanaraq götürülüb.

Əməliyyatçılar xarici valyuta, daşınmaz əmlaka dair sənədlər, həmçinin hakimlərin korrupsiyaya bulaşdığını təsdiqləyən sübutlar da tapıblar.

Qeyd edək ki, son günlər antikorrupsiya tədbirləri ölkənin bütün dövlət orqanları üzrə aparılır. Hakimlərə gəlincə, onların dəbdəbəli həyat tərzi keçirməsi və rüşvət alması ilə bağlı vətəndaşlardan çoxsaylı şikayətlərin daxil olduğu bildirilir.