XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 March 2015 - 12:02

Yəhudilərdən maraqlı çağırış: Fələstindən ayrılmalı…

Fələstinlilərdən ayrılıb, yəhudi çoxluqlu dövləti qoruyub saxlamalıyıq”

Картинки по запросу израиль и палестина

İndiki seçkilər ərəfəsində hər cür, lakin həyatımız üçün heç bir məna kəsb etməyən axmaqlıqları müzakirə edirik. Amma nədənsə İsrail üçün həqiqətən bir sıra önəmli, taleyüklü problemlərə göz yumuruq. İranın nüvə proqramının inkişafına effektli şəkidə necə reaksiya verməliyik və biz buna adekvat cavab verməyə qadirikmi? Fələstinlilərlə münasibətlərimizdəki tarixi dəyişiklikləri necə həyata keçirməliyik?

İlk baxışdan, yuxarıda göstərilən iki mövzu arasında heç bir bağlılıq yoxdur. Amma belə deyil. Fələstinlilərlə münaqişəmizi nizamlaya bilməsək, İran probleminin öhdəsindən də gələ bilməyəcəyik. Hətta biz fələstinlilərdən ayrılmalı və yəhudi çoxluqlu dövləti qoruyub saxlamalıyıq. Bu, bizim üçün həyati önəmli vəzifədir – əgər yəhudi dövlətinin həqiqətən də qorunub saxlanmasında maraqlıyıqsa. çünki alternativ variant – qərb sahilində və Qəzzada yaşayan milyonlarla fələstinlilərə vətəndaşlıq verməkdir ki, bu cür addım yəhudiləri İsrail dövlətində azlığa çevirəcək.

Anlamaq gərəkdir: indi İranın nüvə layihəsini həll etmək üçün ideal vaxtdır. İranın atom bombası bölgənin ərəb dövlətlərini qorxudur. Bu, şiələrlə sünnilər arasındakı müsəlmaniçi münaqişə ilə bağlıdır. Bölgənin müsəlman ölkələrinin çoxu sünnilərdir və onlar şiə İranının ağalığı ilə barışmağa hazır deyillər. Beləliklə, Tehrana qarşı hərəkətləndirilməsi mümkün olan geniş bölgəsəl koalisiya var. Belə bir koalisiyanın formalaşdırılması asan vəzifə olmayacq, çünki ərəb dövlətlərinin liderləri “ərəb baharı”ndan sonra bu cür mürəkkəb qərarları müstəqil şəkildə qəbul edə bilmirlər. Bu ölkələrin cəmiyyətləri öz hökmdarlarına əvvəlkindən daha çox təsir edir. Buna görə də İsraillə koalisiya ərəb küçəsində legitimləşmə əldə etməlidir. Əərəb liderləri yəhudi dövləti ilə müttəfiqlik əlaqəsinə girməzdən öncə Yaxın Şərq münaqişəsinin nizamlanamsı ilə bağlı hansısa uğurları nümayiş etdirməlidir. Bunun Fələsti dövlətinin yaradılmasına birbaşa dəxli var.

Durum aşağıdakı kimi görünür: Fələstin probleminin həlli yəhudilərin demoqrafik üstünlüyüün qoruyub saxlayacaq və İranın nüvə təhlükəsi ilə mübarizədə İsrailə ərəb dövlətləri içində müttəfiqlər qazanmağa imkan verəcək. Sual ondan ibarətdir: buna necə nail olmalı? Cavabsa məlumdur: Amerika Birləşmiş Ştatları.

İsrail maraqlıdır ki, ərəb ölkələri və Avropa Yerusəlimin eşitdiyi ABŞ-ı yəhudi dövlətinin əsas strateji tərəfdaşı kimi qəbul etsin. Aydındır ki, İsrail ərəb dövlətlərinin birgə koalisiyasının başında dura bilməz. ABŞ-ın birbaşa iştirakı olmadan, bu cür birlik mümkün deyil. Buna görə də İsrail rəhbərliyi ABŞ-la dostluq münasibətlərini qoruyub saxlamalıdır.

İsrail öz ərazisində ərəblərdən ayrılmağa borcludur. Onlar bizimkindən ayrıca öz dövlətlərini yaratmalıdırlar. Bu, yəhudi dövlətinin yaşaması üçün çox vacibdir.

Aviv Feygel, “NRG”, İsrail (18.03.2015).

Qaynaq: İnosmi.ru

çevirən: Fərzuq Seyidbəyli