Yerusəlimdə törədilən terror aktı zamanı yaralanmış iki israilli həyatını itirib. Yaralanan daha 6 nəfər xəstəxanalarda müalicə olunur.
Azərtac RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bazar günü səhər saatlarında ərəb mənşəli şəxs tramvay dayanacağındakı insanlara, avtomobillərə və onu təqib edən polislərə atəş açaraq 8 nəfəri yaralayıb. Həkimlərin məlumatına görə, yaralananlardan 2-si ölüb. Onlardan biri yaşlı qadın, digəri polis işçisidir.
Hücum edən şəxs öldürülüb. Onun 39 yaşında ərəb mənşəli İsrail vətəndaşı olduğu bildirilir.