Türkiyənin Hakkari bölgəsinin Çukurca rayonunda keçirilmiş antiterror əməliyyatları zamanı 39 terrorçu zərərsizləşdirilib.
"Report" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, antiterror əməliyyatlarından birində 8 terrorçu məhv edilib. Çilekli Təpədəki mağaralardan birində isə daha 3 terrorçunun cəsədi tapılıb.
Bununla yanaşı, Zengil Tepe və Gerki Tepe bölgələrində silah-sursat ələ keçirilib. Əməliyyatlarda ümumilikdə xeyli sayda silah-sursatın, partlayıcı maddənin ələ keçirildiyi bildirilir. Qeyd edək ki, havadan dəstək verilən əməliyyat hazırda davam edir.