Təlim Rusiya ilə kəskinləşən münasibətlər fonunda baş tutacaq
ABŞ-ın Avropdakı quru qoşunlarının komandanı, general-leytenant Ben Xoces bildirib ki, Gürcüstan və ABŞ may ayında birgə hərbi təlimlər keçirdəcək.
Strateq.az Gürcüstan mətbuatına əsasən bildirir ki, Qafqazarxası respublikanın ərazisində birgə təlim, hərbi əməliyyat NATO-nun Qərbin Rusiya ilə münasibətlərinin kəskinləşməsi fonunda başlanmış və əsasən Baltika və Polşanı əhatə edən Atlantic Resolve çərçivəsində baş tutacaq.
Xoces əməliyyatın gələcəyi barədə jurnalistlərlə söhbətində qeyd edib ki, “O genişlənir və həmin ayın axırında Bolqarıstanla Rumıniyanı qəbul edəcək”.
Xoces deyib: “Bundan başqa, ABŞ-ın aviasiya-desant və piyada rotaları milli müdafiə ilə birlikdə Gürcüstandakı təlimlərdə Noble Partner
(xeyirxah tərəfdaş) kod adı altında iştirak edəcək.