XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

09 Oktyabr 2016 - 19:31

İŞİD Suriya və İraqda nəzarət etdiyi ərazilərindörddə birini itirib

Son hesablamalara görə, İŞİD nəzarətdə saxladığı ərazilərin bir çoxunu itirib.

BBC xəbər verir ki, İHS təhlükəsizlik və müdafiə təhlilçilərinə görə, 2015-ci ilin yanvarından bəri qruplaşmanın nəzarətində olan torpaqların sahəsi 28 faiz azalıb.

İlin ilk 9 ayı ərzində İŞİD-in nəzarətində olan ərazilərin sahəsi 79 min kvadrat kilometrdən 65.500 kvadrat kilometrə düşüb. İtkilər oktyabr ayında bir qədər səngiyib. İyuldan bəri qrup cəmi 2800 kvadrat kilometr ərazi itirib.

İHS bildirib ki, bu səngimə Rusiyanın İŞİD-ə qarşı hava hücumlarını azaltması ilə bağlı ola bilər. İŞİD-ə qarşı hücumlar ilin əvvəlində 26 faiz təşkil edirdisə, indi bu rəqəm 17-dir.

"Ötən sentyabr prezident Putin deyib ki, Rusiyanın missiyası beynəlxalq terrora, xüsusilə İD-ə qarşı döyüşmək olub", İHS-də rusiyalı təhlilçi Aleks Kokçarov deyir: "Bizim rəqəmlərimiz göstərir ki, bu belə deyil. Rusiyanın prioriteti Əsəd hökumətinə hərbi yardım göstərmək və güman ki, Suriyada vətəndaş müharibəsini çoxtərəfli münaqişədən birtərəfliyə – Suriya höküməti və İŞİD kimi cihadçı qruplar arasında mübarizəyə çevirmək olub. Bu da müxalifətə beynəlxalq yardımı kölgədə qoyur".

Qruplaşma itkilər versə də, əlində qalan əraziləri hələ də əhəmiyyətlidir. İŞİD Türkiyə sərhədindən 10 kilometr uzaqlaşdırılıb, İraq qüvvələri qruplaşmanın nəzarətində olan Mosul şəhərindən 60 km uzaqlıqda yerləşən Qayyara hərbi hava bazasını ələ keçirib.

İŞİD həmçinin Suriyanın Mənbic şəhərini itirib – bura İŞİD-in de-fakto paytaxtı Raqqa ilə Türkiyə sərhədini birləşdirirdi.