XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

09 Oktyabr 2016 - 20:18

Paralel yolda hərəkət edən iki qatar toqquşdu- 33 nəfər yaralanıb

Nyu-Yorkun 30 kilometr şərqində şəhərətrafı qatar relsdən çıxıb. Qəza nəticəsində 4-ü ağır olmaqla 33 nəfər yaralanıb.

Azərtac “lefigaro.fr” saytına istinadla xəbər verir ki, Nyu-Yorkun Manhattan bölgəsindən yola düşən sərnişin qatarı paralel yolda hərəkət edən təmir qatarı ilə toqquşub. Hadisəyə təmir qatarında olan avadanlıqlardan birinin həddən artıq kənara çıxması olub.

Qəzadan sonra hər iki yolda hərəkət dayanıb. Qəzanın nəticələrinin aradan qaldırılmasına məsul orqanlar hadisə yerində xilasetmə işləri aparırlar.