XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 October 2016 - 14:59

Rusiya bu ölkədə hərbi baza açır- İlkin razılıq əldə olunub

Rusiya Misirdə hərbi bazasını yerləşdirməyə hazırlaşır.

Artıq rəsmi Moskva Sidi-Barrani şəhərində hərbi obyektlərin icarəsi ilə bağlı Qahirə ilə danışıqlara başlayıb.

Danışıqlar uğurla başa çatsa, 2019-cu ildə hərbi baza fəaliyyətə başlayacaq.

Məlumata görə, artıq tərəflər arasında ilkin razılıq əldə olunub və bu istiqamətdə kifayət qədər konstruktiv danışıqlar gedir. Bazada Rusiyanın hərbi kontingenti də yerləşdiriləcək.

Qeyd edək ki, Sidi-Barranidə 1972-ci ilə qədər SSRİ-nin hərbi donanması yerləşirdi. Donanma ABŞ-ın hərbi gəmilərinə nəzarət edirdi(azadlıq.info).