XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 October 2016 - 13:31

Putin Ollandı peşman elədi:"Bunun bir faydası olacaq?"

olland

Fransa prezidenti Fransua Olland oktyabrın 19-da Rusiya Prezidenti Vladimir Putini Parisdə qəbul etmək qərarından peşman olduğunu dilə gətirib.

Buna səbəb Rusiyanın Hələb şəhərindəki qarşıdurmanın dayandırılmasını özündə ehtiva edən BMT Təhlükəsizlik Şurasının qərar layihəsinə veto qoymasıdır. Olland bu ziyarətin artıq çox anlamı qalmadığını bildirib:

“İndi özümdən soruşuram: bunun bir faydası olacaq? Bu, lazımlıdır? Bu, bir təzyiq vasitəsi ola bilər? Suriya rejiminin Hələbdə mülki vətəndaşları bombalamasını dayandıra bilərik?”.

Putinlə artıq peşman olduğu görüş gününə hazırlaşdığını deyən Olland Hələbdəki dramı gündəmə gətirəcəyini vurğulayıb.

Ollandın bu açıqlamasından sonra görüşün baş tutmayacağı barədə yayılan xəbərləri Kreml sözçüsü Dmitri Peskov təkzib edib. O bildirib ki, Ollandla Putinin görüşü Yelisey sarayında baş tutacaq: “Putin Parisdəki Rusiya Mədəniyyət Mərkəzinin açılışında da iştirak edəcək”.

Qeyd edək ki, Suriyada 5,5 ildir davam edən münaqişənin həllini tapmadığı üçün tənqid olunan BMT Təhlükəsizlik Şurası Rusiyanın vetosu ilə bir daha blok edilib.

Axar.az