XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 October 2016 - 15:21

Almaniyada neft məhsulları ilə işləyən avtomobillərqadağan ediləcək

Almaniya Federal Şurasının növbəti iclasında 2030-cu ildən sonra ölkədə neft məhsulları ilə işləyən avtomobillərin istifadəsinin qadağan ediləcəyi bildirilib.

Azərtac “reuters.com”a istinadla xəbər verir ki, hazırda Almaniyada dizel, benzin və mayeləşdirilmiş neft qazı (LPG) kimi fərqli yanacaq növlərinin istifadəsinə icazə verilsə də, 2030-cu ilə qədər mərhələli şəkildə bu yanacaq növlərinin istehlakı azaldılacaq. 2030-cu ildən sonra isə təkcə hidrogen və elektrik enerjisi ilə işləyən nəqliyyat vasitələrinin istifadəsinə icazə veriləcək.

Qeyd edək ki, Norveçdə isə 2025-ci ildən etibarən neft məhsulları ilə işləyən avtomobillərdən istifadəyə icazə verilməyəcək.